Suriyalı müxaliflər Soçi iclasını boykot etdilər
Suriyalı müxaliflər Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoq Konqresini boykot ediblər.
İRİB-in məlumatına görə, Suriya müxalifləri əsas qruplarının nümayəndəsi olan Suriya Müzakirələr Komitəsi bu komitənin Rusiyanın Soçi şəhərində 29-30 yanvarda Suriya Milli Dialoq Konqresində iştirak etmək üçün Moskva tərəfindən dəvət olunduğuna toxunaraq Suriyalı müxaliflərin bu konqresdə iştirak etməyəcəyini bildirib.
Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Aleksandr Lavrentievin dediyinə görə, Soçi iclası BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya böhranının həlli prosesinə yeni təkan verəcək və BMT nəzarəti altında Cenevrədə suriyalı-suriyalı müzakirələrdə yeni mövqelərin irəli sürülməsinə kömək edəcək.
Suriyada Milli Dialoq Konqresinin keçirilməsi haqda razılıq İran İslam Respublikası, Rusiya və Türkiyə prezidentlərinin Soçidəki noyabr sammitində əldə olunub.