Yəməndə insan faciəsi haqda xəbərdarlıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i293821-yəməndə_insan_faciəsi_haqda_xəbərdarlıq
Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qırmızı Aypara Cəmiyyəti Beynəlxalq Federasiyasının rəhbəri xəbərdarlıq edib: Yəmənin mühasirəsi bu ölkədə insan durumunu ağırlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2018 08:02 Asia/Baku
  • Yəməndə insan faciəsi haqda xəbərdarlıq
    Yəməndə insan faciəsi haqda xəbərdarlıq

Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qırmızı Aypara Cəmiyyəti Beynəlxalq Federasiyasının rəhbəri xəbərdarlıq edib: Yəmənin mühasirəsi bu ölkədə insan durumunu ağırlaşdırıb.

İRİB-in məlumatına görə, Françesko Roka bildirib: Yəməndə ərzaq maddələrinin kəskin şəkildə çatışmazlığı, dəhşətli yoluxucu xəstəliklərin analoqu olmayan şəkildə yayılması bir çox yəmənlini, xüsusilə də uşaqları ölüm təhlükəsi ilə üzləşdirib. 

Roka deyib: Yəməndə insan durumu çox böhranlı və acınacaqlıdır. Bu ölkənin mühasirəsinin davam etməsi milyonlarla nəfəri aclıq və yoxsulluqla üzləşdirib. 

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinin bombardmanını davam etdirməsi Yəmənin infrastrukturları, səhiyyə sistemini məhv edib, bu ölkəyə xidmətləri ciddi problemlərlə üzləşdirib.