İraq xalqının ABŞ-ın hava hücumuna qarşı hiddəti artmaqdadır
İraq xalqının ABŞ vertolyotunun bu ölkənin Ələnbar vilayətində yerləşən Əlbəğdadi məntəqəsinə qarşı hücumu ilə bağlı hiddəti günbəgün artır.
Bir ədəd ABŞ vertolyotu 2018-ci il yanvarın 27-də Əlbəğdadi istiqamətində hərəkətdə olan İraqın bir neçə mülki və təhlükəsizlik avtomobilini hədəfə aldı. Nəticədə İraqın təhlükəsizlik və köçəri tayfa qüvvələrindən yeddi nəfər həyatını itirdi, on bir nəfər də yaralandı.
İraq məclisinin üzvləri də dünən rəsmi Bağdaddan istəyiblər ki, Amerikanın bu ölkə vətəndaşlarının öldürülməsilə nəticələnən ardıcıl hava hücumları ilə qətiyyətlə rəftar etsin.
Belə bir halda, İraqda İslami Radio və Televiziyalar Birliyinin ofisi də bir bəyanatda bu əməliyyatı pisləyib və belə qeyd edib: Son illərdə bu hərəkətlərin Amerika tərəfindən təkrarlanmasının ardınca İraqın mərkəzi dövlətinin bu məsələyə münasib cavab verməsi zəruridir.