Sionist rejim hərbçiləri fələstinlilərə hücum ediblər
Yan 31, 2018 13:12 Asia/Baku
Qüdsü işğal etmiş rejim hərbçiləri çərşənbə axşamı gecə İordan çayının qərb sahilinin şimalında Nablos şəhərində fələstinlilərə hücum ediblər.
Əl-Aləm televiziyasının məlumatına görə, sionist rejim hərbçiləri səs qumbaraları və döyüş güllələri ilə fələstinli gəncləri atəşə tutublar.
Yerli dairələrin bildirdiyinə görə, Nablosda qarşıdurmalar davam edir.
Fələstin əraziləri 2017-ci il 6 dekabrdan ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsi üzrə qərarının ardınca, sionist hərbçilərlər fələstinlilər arasında qarşıdurmaların şahididir.
Bu qarşıdurmalarda indiyə qədər onlarla fələstinli şəhid olub, minlərlə nəfər yaralanıb.
Teqlər