Ərəb ölkələri xarici işlər nazirləri sabah Qüds haqda iclas keçirəcək
Yan 31, 2018 19:28 Asia/Baku
Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri sabah cümə axşamı günü bu liqanın baş katibinin iştirakı ilə Qahirədə ABŞ prezidentinin Qüds haqdakı qərarının mənfi nəticələrinin araşdırılması məqsədilə fövqəladə iclas keçirəcəklər.
Livanın Ən-Nəşrə xəbər portalının məlumatına görə, Ərəb Liqası xarici işlər nazirləri ABŞ prezidenti Donald Trampın işğal olunmuş Qüds və səfirliyin Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsi haqdakı qərarının mənfi nəticələrini araşdıracaqlar.
Misir, Bəhreyn, Tunis, Əlcəzair, Səudiyyə Ərəbistanı, Sudan, Qətər, Livan, İraq, Fələstin, Yəmən və Mərakeş xarici işlər nazirləri bu iclasda iştirak edəcək.
Ərəb KİV-nin məlumatına görə, Ərəb Liqasının baş katibi Əhməd Əbülqeyz bu fövqəladə iclasda iştirak edəcək.