İdlibin cənub-şərqində 7 kənd azad edilib
Yan 31, 2018 19:48 Asia/Baku
Suriya ordusu və müttəfiq qüvvələr ölkənin şimal-qərbində İdlib vilayətində 7 kəndi terrorçuların işğalından azad ediblər.
Fars Xəbər Agentliyinin əl-Elam əl-Hərbi İnformasiya Qrupuna istinadla verdiyi məlumata görə, Suriya ordusu və müqavimət qüvvələri bu gün İdlib vilayətinin cənub-şərqində irəliləyişin davamında Ən-Nüsrə Cəbhəsi terrorçuları ilə toqquşub və Təvil əl-həlib kəndinin cənubunda havadan müdafiə mərkəzini azad ediblər.
Bu əməliyyatda müqavimət qüvvələri həmçinin əl-Bəraqisi, Cədidə, Təvil əl-Həlib, əl-Zəhbiyə, əl-Salehiyyə, əl-Əskəriyyə, Məğarə Məzrəə kəndlərini terrorçulardan geri alıblar.