Nasir Əbu-Şərif : Sionist rejimlə qarşılaşmağın yeganə yolu müqavimətdir
Fələstin İslami Müqavimət Hərəkatının Tehrandakı nümayəndəsi deyib: Fələstin xalqı sionist rejim ilə qarşılaşmağa qadir olduğuna inanır və ən düzgün yol müqavimətdir.
Nasir Əbu-Şərif dünən gecə Məşhəddə Fələstin intifazəsinə dəstək mövzusunda keçirilən tələbə konfransında deyib: İsrail rejiminin ekspansionist planı qarşısında Fələstini müdafiə Fələstin İslami Müqavimət Hərəkatı üçün böyük fəxrdir.
Əbu-Şərif deyib: Sionizmini planına qalib gələcək layihə, islam layihəsidir və sionist rejimin ömrü uzun çəkməyəcək.
Fələstin İslami Müqavimət Hərəkatının Tehrandakı nümayəndəsi deyib: Amerikanın sionist rejimə sonsuz dəstəyi bu rejimi Fələstin xaqlı və regionun digər xalqlarına qarşı ziddiyyətə sürükləyir və sonunda onların arasında toqquşma qaçılmaz olacaq.
Əbu-Şərif deyib: Amerikan-sionist planların zərərsizləşdirilməsinin yeganə yolu fələstinlilər arasında vəhdət və həmrəylikdən ibarətdir.