Səudiyyə muzdluları raketlə hədəfə alınıblar
-
Səudiyyə muzdluları raketlə hədəfə alınıblar
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi Cof vilayətində Səudiyyə muzdlularının toplaşdıqları mərkəzi bir ədəd raketlə hədəfə alıblar.
İRNA-nın Əl-Məsirə telekanalına istinadlı məlumatına görə, Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi dünən Xob və Əşşəf rayonlarında səudiyyə muzdlularının mərkəzlərini raketlə hədəfə alıblar.
Yəmən ordusu və xalq qüvvələri Sədə vilayətində də səudiyyə muzdlularına qarşı başqa əməliyyatda onlardan bir neçəsini məhv edib və yaralayıblar.
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi başqa bir əməliyyatda Həccə vilayətinin Midi səhrasında da səudiyyə muzdlularının mərkəzlərini şiddətli hücumlara məruz qoyublar.
Yəmən ordusu və xalq qüvvələrinin müdafiə gücü, Yəmənin səudiyyə rejimi tərəfindən hərtərəfli blokadaya alınmasına rəğmən artmaqdadır.