Yəməndə BƏƏ və Səudiyyə müttəfiqləri arasında toqquşma
Fev 01, 2018 20:16 Asia/Baku
Yəməndə insan haqları üzrə milli araşdırma komissiyası bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qüvvələri arasında Yəmənin cənubunda Ədən vilayətində baş verən toqquşmalarda 87 nəfər ölüb.
Əxbarül-Yəmən portalının verdiyi məlumata görə, komissiyanın üzvü Əşraq Əl-Məqtəri deyib: Bu toqquşmalarda ən azı 320 nəfər yaralanıb və 300-dən çox ev və istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadi hökumətinə məxsus qurum dağıdılıb.
Ədəndəki son toqquşmalar 28 yanvarda Mənsur Hadi və BƏƏ-nin dəstəklədiyi Keçid Şurası qüvvələri arasında baş verir.
Keçid Şurası 2017-ci ildə Əbudəbinin dəstəyi ilə yaradıldı və onun məqsədlərindən biri Yəmənin cənubunu şimalından ayırmaqdır, bu isə Səudiyyə Ərəbistanının məqsədlərinə uyğun gəlmir.