Fev 02, 2018 19:50 Asia/Baku
  • Əfqanıstandakı destabilliyin səbəbkarı ABŞ-dır

ABŞ Əfqanıstanda destabilliyin əsas amilidir. Hazırda ABŞ-ın Əfqanıstandakı əli daha çox ifşa olunub. Bundan öncə bu ölkədə terrorizmlə mübarizə və təhlükəsizliyi yaratmaq niqabı altında dünyanın ümumi fikrini aldatsa da, indi özü analoqu olmayan qətliamı törədən terrorçularla əlbir olmaqda suçlanır.

Əfqanıstanın sabiq prezidenti indi amerikalıların özlərinin mediası ilə müsahibədə ölkəsindəki terror cinayətlərinin pərdə arxasından danışıb.

Əfqanıstan prezidenti Hamid Kərzay deyib: ABŞ Əfqanıstan vətəndaşlarının qırğınında müqəssirdir. Əfqanıstan xalqına edilən zülm ABŞ və bəzi digər ölkələrin pulu və planı ilə həyata keçirilib və Əfqanıstan vətəndaşlarının qanını tökmək üçün xərclənir.

İŞİD-in yuvasının Əfqanıstanda qurulması və İraq və Suriyada İŞİD məğlublarının bu ölkəyə köçürülməsinə dair ABŞ-ın yeni məkrli planı qərblilərin öz etirafıdır.

Əfqanıstan vətəndaşı deyib: İraq və Suriyada İŞİD-ə qoşulan yüzlərlə İngiltərə vətəndaşı indi Əfqanıstana köçürülməkdədir və bu ölkədə dəhşətli cinayətlər törədən İŞİD-in qoluna qoşulublar.

Baxmayaraq ki, Əfqanıstan təhlükəsizlik qüvvələri İŞİD vəhhabi-sionist terror qruplaşması ilə mübarizəni gücləndirmiş və onların bəzi yuvalarını aşkarlayaraq bir çox dəhşətli aktların qarşısını almışlar.

Başqa bir əfqan deyib: İŞİD-çilərin kamikadze kəmərlərindən tutmuş yüngül, ağır silahlar və partlayıcı qurğulara qədər çoxlu təchizata malik idilər.

Əfqanıstan rəsmisi deyib: Təxmiən 4 ton miqdarında partlayıcı maddə aşkarlanmış, partladılmış və məhv edilmişdir.

Amma ABŞ-ın uzunmüddətli mənafeyini Əfqanıstanda müharibə və destabilliyin davam etməsində gördüyü zamana qədər, məkrli planlar davam etməkdədir.

Bəlkə də amerikalıların ürəyindəki sözünü bir müddət öncə bu ölkənin müdafiə naziri demişdir. ABŞ-ın Əfqanıstandakı iştirakı daha çox Rusiya və Çinlə mübarizə üçündür.

 

Teqlər