Fev 03, 2018 09:59 Asia/Baku
  • Qəzzə əhalisi Qüdsə dəstək aksiyası keçirdi
    Qəzzə əhalisi Qüdsə dəstək aksiyası keçirdi

Qəzzə zolağı əhalisi cümə günü Qüdsə dəstək və ABŞ-ın bu müqəddəs şəhər haqdakı son qərarının pislənilməsinə dair aksiya keçirib.

İRİB-in məlumatına görə, Qəzzə zolağı əhalisi bu aksiyada əllərində Qüdsün ərəb və islam kimliyi və Fələstin xalqının onun prinsip və hüququna sadiq qalması mövzusunda yazılar olan plakatlar tutub. 

ABŞ prezidenti Donald Tramp 2017-ci il 6 dekabrda regional və beynləxalq etirazlara rəğmən bildirdi: Vaşinqton Qüdsü sionist rejimin paytaxtı kimi rəsmən tanıyr. Tramp həmçinin ABŞ Dövlət Departamentindən ABŞ səfirliyinin Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsinə hazırlıqlar görməsini istəyib. 

Müsəlmanların ilk qibləsi əl-Əqsa Məscidinə özündə yer verən Qüds şəhəri Fələstinin ayrılmaz hissəsi və islamın üç müqəddəs məkanlarının ən önəmlisi hesab olunur. 

Qüds 1967-ci ildən İsrailin işğalındadır. 

Teqlər