Tuzxurmatu da yeni terror qrupu peyda olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294421-tuzxurmatu_da_yeni_terror_qrupu_peyda_olub
İraqın Səlahəddin vilayətinin Tuzxurmatu şəhərində ağ bayraqlarla yeni terror qrupu təşkil olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2018 09:56 Asia/Baku
  • Tuzxurmatu da yeni terror qrupu peyda olub
    Tuzxurmatu da yeni terror qrupu peyda olub

İraqın Səlahəddin vilayətinin Tuzxurmatu şəhərində ağ bayraqlarla yeni terror qrupu təşkil olunub.

Əl-Məyadin televiziyasının məlumatına görə, İraqın şimalındakı dağlar və bu ölkənin neft obyektləri yaxınlığında yeni bir terror qrupunun formalaşması bölgəyə təhdiddir. Bu qrup kürd və İŞİD-in sabiq döyüşçülərindən təşkil olunub və İraq qüvvələri onların hücumları ilə mübarizəyə hazırlaşır. 

Bildirilir ki, Ağ Bayraqlar qrupunun üzvləri çoxlu silahlar, o cümlədən ağır artilleriya və minaatanlara malikdirlər. 

Dəyərləndirmələrə əsasən, İŞİD-in məğlubiyyətindən sonra yaranan bu qrupun silahlı ünsürlərinin sayı 500-1000 nəfər arasındadır.