Fələstinli gəncin dəfn mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294611-fələstinli_gəncin_dəfn_mərasimi_keçirilib
Dünən sionist işğalçılarla toqquşmada şəhid edilmiş fələstinli gəncin dəfn mərasimi bu gün minlərlə fələstinlinin iştirakı ilə keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2018 08:33 Asia/Baku
  • Fələstinli gəncin dəfn mərasimi keçirilib
    Fələstinli gəncin dəfn mərasimi keçirilib

Dünən sionist işğalçılarla toqquşmada şəhid edilmiş fələstinli gəncin dəfn mərasimi bu gün minlərlə fələstinlinin iştirakı ilə keçirilib.

On doqquz yaşlı Əhməd Əbu Ubəyd qərb sahilində yerləşən Cenin şəhərində sionist hərbçilər tərəfindən baş nahiyəsindən hədəfə alınaraq, şəhid edilib. 

Fələstin səhiyyə nazirliyi bu xəbəri verərək, əlavə edib: Cenin ətrafında baş vermiş bu hadisədə beş digər fələstinli də sionist hərbçilər tərəfindən rezin güllələrin atılması nəticəsində yaralanıbdır. Hələ sionist rejim ordusu bu fələstinli gəncin şəhadəti barədə bir reaksiya göstərməyibdir. Lakin bildiribdir ki, bir sionistin öldürülməsi amilinin tapılması üçün Cenin sakini olan fələstinlilərin evlərindən bir neçəsi təftiş olunubdur.