Pentaqon ABŞ qüvvələrinin İraqdan çıxmasını təkzib edib
ABŞ Müdafiə Nazirliyi Pentaqon Vaşinqton və Bağdadın ABŞ qüvvələrinin İraqdan çıxması ilə razılaşmasına dair xəbəri təkzib edərək bildirib: Vaşinqtonun öz qüvvələrini İraqdan çıxarmağa dair proqramı yoxdur.
Associated Pressin bir İraq rəsmisinə istinadla verdiyi məlumata görə, ABŞ öz qüvvələrini İraqdan çıxarmağa başlayıb.
Bu xəbər yayımlandıqdan sonra ABŞ Müdafiə Nazirliyi bir bəyanatda bildirib: Yaxın gələcəkdə amerikalı hərbçiləri İraqdan çıxarmaq niyyətində deyil və İraq hərbçilərinin təlimi haqda bu ölkə ilə anlaşma əldə edib.
2011-ci ildə ardıcıl məğlubiyyətlərə görə, İraq ərazisini tərk edən amerikalılar 2014-cü ildə İŞİD-lə mübarizə bəhanəsi ilə bir koalisiyaya rəhbər olaraq bu ölkəyə daxil oldular.
Ötən həftə şənbə günü əl-Anbar vilayətinin əl-Bağdadi bölgəsində ABŞ hərbi helikopterlərinin hücumu nəticəsində 20 iraqlının ölməsi və yaralanması amerikalı hərbçilərin İraqdan çıxması üzrə tələbləri daha da gücləndirmişdir.