Sionist qəsəbə sakinləri Əl-Əqsa məscidinə doğru yürüş ediblər
Fev 07, 2018 20:36 Asia/Baku
Əl-Əqsa məscidi bir daha sionist qəsəbə sakinlərinin hörmətsizliyinə məruz qalıb.
Əl-Minar informasiya kanalının verdiyi məlumata görə, İordan çayının qərb sahilində İsrail hərbçiləri və sionist qəsəbə sakinləri ilə fələstinlilər arasında baş verən toqquşmanın ardınca sionist qəsəbə sakinləri bu gün İsrail hərbçilərinin himayəsi altında Əl-Əqsa məscidinin həyətinə daxil olaraq, bu müqəddəs məkana hörmətsizlik ediblər.
İnformasiya qaynaqlarının verdikləri məlumatlara görə, İsrail ordusu buldozerlərdən istifadə edərək, işğal altında olan Qüds şəhərində yerləşən Silvan məntəqəsində fələstinlilərin evlərini dağıdıb.