Fev 09, 2018 14:09 Asia/Baku
  • Fələstin
    Fələstin "Əlsabirin" hərəkatı: İran inqilabı olmasaydı, müqavimət də müqavimət qüdrətinə malik olmazdı

Qəzzə zolağında Fələstin "Əlsabirin" hərəkatının baş katibi vurğulayıb: Əgər İran İslam İnqilabı mövcud olmasaydı, Fələstin və Livan müqaviməti də sionist rejim qarşısında müqavimət qürətinə malik olmazdılar.

Qəzzə zolağında Fələstin "Əlsabirin" hərəkatının baş katibi Hişam Salim UNEWS xəbər agentliyi ilə müsahibədə deyib: İslam İnqilabının İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında qələbə çalması İslam ümməti üçün izzət və ləyaqət gətiribdir.

Hişam Salim vurğulayıb: Amerika sionist düşmən və Qərbin hökmranlığı ilə mübarizə aparan hər bir müsəlman və ərəb ölkəsini terrorçu bilir.

Qəzzə zolağında Fələstin "Əlsabirin" hərəkatının baş katibi, İmam Xomeyni(r.ə)-in sionist rejimin Tehrandakı səfirliyinin yığışdırılması üzrə hərəkətini yüksək dəyərləndirərək, əlavə edib: Fələstin və Livan müqaviməti sionist rejimi və onun müttəfiqlərini varlıq səhnəsindən siləcəklər.

Teqlər