Qətərin Qəzzə məsələləri üzrə nümayəndəsi: Qəzzənin durumu təhlükəlidir
Qətər əmirinin İsmayıl Hənyə ilə telefon söhbətindən sonra Qətərin Qəzzə məsələləri üzrə nümayəndəsi vurğulayıb ki, Qəzzənin durumu təhlükəlidir və sionist rejimlə savaş ilə nəticələnə bilər.
Muhəmməd İmadi Assoşieyted Press ilə müsahibədə dünya ictimaiyyətindən istəyibdir ki, Qəzzə zolağına olan yardımlarını göndərsin. O, ümidvarlıq edibdir ki, Qətərin Qəzzəyə doqquz milyon dollarlıq maliyyə yardımı digər ölkələri də bu məntəqəyə yardıma təşviq edəcəkdir.
Bu istiqamətdə Qətər əmiri dünən Həmas-ın siyasi bürosunun sədri İsmayıl Hənyə ilə telefon əlaqəsində Qəzzə zolağına təcili yardımların göstərilməsi vədini verib. Qətər əmiri bu telefon söhbətində Hənyəyə vəd edibdir ki, Qətərin Fələstin xalqına dəstəkləri, bu məntəqənin bərpası layihələrinin icrası, eləcə də müxtəlif bölmələrə lazım olan yanacağın təmin edilməsi istiqamətində səy göstərəcək.