Livanın siyasi partiyalarının sionist rejimin təcavüzləri qarşısındakı birliyi
Livanın baş naziri vurğulayıb ki, bu ölkənin cərəyan və partiyaları sionist rejimlə mübarizə üçün müttəfiqdirlər.
Livanın baş naziri Səəd Əlhəriri bu gün Livan parlamentinin iclasında sionist rejimin müharibə nazirinin doqquzuncu neft blokunun bağlanması haqdakı iddialarını pisləyərək, deyib ki, müxtəlif livanlı siyasi qruplar bütün ixtilaflara rəğmən, Qüdsü işğal etmiş rejimlə qarşılaşmada vahid şəkildə əməl edirlər.
Sionist rejimin müharibə naziri Aviqdor Liberman iddia edib ki, Livanın doqquzuncu neft və qaz bloku bu rejimə aiddir.
Həriri sonra Livanın qanuni haqqı kimi sionist rejimin təcavüzü ilə mübarizəni vurğulayaraq, əlavə edib: Döst dövlətlərin və BMT-nin həmkarlığı ilə sionistlərin tamahkarlıqları qarşısında dayancağıq.
Həmçinin Livan prezidenti Mişel Oun bu iclasda vurğulayıb ki, Livan öz torpağı və dənizinə hakimiyyətlik etmək haqqına malikdir. O, deyib: Livanın doqquzuncu neft və qaz blokuna təcavüz və ayırıcı divarın inşası Livanın suverenliyinə aşkar təcavüzdür. Buna görə, Livanın Ali Müdafiə Şurasının iclasında hər cür təcavüz ilə qarşılaşmaq üçün lazımi göstərişlər verilibdir.