İsrail Knessetinin üzvü: Netanyahu diqqətləri korrupsiyalarından yayındırmağa çalışır
Fev 11, 2018 07:21 Asia/Baku
İsrail Knessetinin (Parlamentinin) bir üzvü deyib: İsrailin baş naziri vəziyyəti gərginləşdirməklə, diqqətləri yol verdiyi korrupsiyalardan yayındırmağa çalışır.
İRNA-nın məlumatına görə, İsrail Knessetinin üzvü Aide Tomasseliman şənbə günü İsrailin Suriyaya olan hava hücumlarına işarə edib və deyib: İsrailin baş naziri Benyamin Netanyahu və onun nazirlər kabinetinin üzvləri korrupsiyaya qurşanıblar və şimal sərhədlərində vəziyyəti gərginləşdirməklə diqqətləri öz korrupsiyalarından yayındırmağa çalışırlar.
İsrailin informasiya qaynaqları çərşənbə günü İsrail polisinin gələn həftə bir neçə korrupsiya işində ittiham edilən baş nazir Netanyahunun məsuliyyətə cəlb və mühakimə olunmasını tövsiyə edəcəyindən xəbər veriblər.
Teqlər