Fev 15, 2018 19:37 Asia/Baku
  • Livan xarici işlər naziri amerikalı həmkarını mənalı şəkildə qarşıladı
    Livan xarici işlər naziri amerikalı həmkarını mənalı şəkildə qarşıladı

Röyters İnformasiya Agentliyi bildirib: ABŞ dövlət katibinin Livan Prezident Sarayında qarşılanması diplomatik qaydadan kənar olub.

İRNA-nın məlumatına görə, Röyters Livan xarici işlər naziri Cəbran Basilin ABŞ dövlət katibi Reks Tillersonu mənalı şəkildə qarşılamasına toxunaraq yazıb: ABŞ dövlət katibi Livan Prezident Sarayında bir neçə dəqiqə gözlədi ki, Livan xarici işlər naziri onu qarşılamağa gəlsin. 

Tillerson regional səfərinin davamında bu gün cümə axşamı günü Beyruta daxil olub ki, Livan rəsmiləri ilə görüşərək danışıqlar aparsın. O, Livandan öncə Misir, İordaniya və Küveytə səfər edib. Livandan sonra Türkiyəyə getməlidir. 

Röyters əlavə edib: Televiziyalar Tillersonun Basilin onu qarşılamaq üçün gəlməyini gözlədiyini göstərirlər. Lİvan xarici işlər naziri də bir neçə dəqiqədən sonra Prezident Sarayına daxil oldu və amerikalı həmkarını qarşıladı. Beyrut Beynəlxalq Hava limanından birbaşa şəkildə Livan Prezident Sarayına gedən Tillerson Basillə görüşdükdən sonra Livan prezidenti Mişel Ounun yanına gedib ki, onunla danışıqlar aparsın. 

Röyters yazıb: Livan xarici işlər naziri hətta amerikalı həmkarını Prezident Sarayının girişində qarşılamaq istəməyib. 

Livan Prezident Aparatı hər hansı diplomatik protokolun pozulmasını rədd edib. 

Livan Prezident Aparatının informasiya məsələləri üzrə ofisinin direktoru Rəfiq Şəlalə deyib: ABŞ dövlət katibi gözlənildiyindən bir neçə dəqiqə tez gəlmişdi və görüş qərara alınan vaxtda keçirildi. 

Teqlər