Fev 15, 2018 19:37 Asia/Baku
  • İordaniyalılar hökumətə qarşı aksiya keçirdi
    İordaniyalılar hökumətə qarşı aksiya keçirdi

Bir qrup İordaniya vətəndaşı məhsulların qiymətinin bahalaşması və vergilərin artırılması üzrə hökumətin siyasətlərinə etiraz əlaməti olaraq aksiya keçirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, İordaniya vətəndaşları çərşənbə gecə Səlt şəhərində əl-Eyn meydanına toplaşaraq əsaslı məhsulların qiymətinin bahalaşması, çörəyə nəzərdə tutulan subsidyanın ləğv edilməsi, vergilərin artırılmasına qarşı şüarlar səsləndirib və hökumətdən öz qərarından vaz keçməsini istəyiblər. 

İordaniyalı etirazçılar həmçinin Hani əl-Mulqi hökumətinin kənarlaşdırılması, parlamentin ləğv edilməsi, eləcə də korrupsionerlərin cəzalandırılmasını tələb ediblər. 

İordaniya vətəndaşları məhsulların qiymətinin bahalaşması haqda əl-Mulqinin açıqlamasını tənqid edib və bildiriblər: Hökumət vətəndaşların cibi ilə iqtisadi problemləri həll edir və heç bir təşəbbüs göstərməyib. 

Əl-Mulqi iki gün öncə hökumətin iqtisadi qərarlarını müdafiə edib və deyib: Bu qərar ölkə və vətəndaşları himayə etmək üçün verilib. Bu qərar verilməsəydi, daxili xammal istehsalına borc 100% artardı və bu isə hökumətin iflası mənasında olacaqdı. 

Digər tərəfdən İordaniya Nümayəndələr Məclisinin sədri Atif əl-Tərvanə deyib: Hani əl-Mulqi hökumətinə etimadın ləğv edilməsinin araşdırılması parlamentin gündəminə salınıb və gələn bazar günü iclas keçiriləcək. 

Müşahidəçilərin fikrincə, Suriyada müharibə tam şəkildə su və təbii ehtiyatlar çatışmazlığı ilə üzləşən və işğalçı İsrail rejimi ilə sülh müqaviləsi imzalayan İordaniya iqtisadiyyatına təsir göstərmişdir. 

Teqlər