Cizanda 5 səudiyyəli hərbçi öldürüldü
Fev 16, 2018 10:33 Asia/Baku
Yəmənli snayperlər Ərəbistanın Cizan vilayətində 5 səudiyyəli hərbçini öldürüblər.
Əl-Aləm televiziyasının məlumatına görə, Ərəbistanın cənubunda Cizan vilayətinin Qəmər kəndində yəmənli snayperlərin atəş açması nəticəsində beş səudiyyəli hərbçi öldürülüb.
Yəmən ordusu və xalq komitələri qüvvələrinin ağır artilleriyası da Ərəbistanın cənubunda Nəcranın Tələ Ər-Riclə bölgəsində səudiyyəli hərbçilərin toplaşdığı məkanı atəşə tutub.
Bu arada Səudiyyə Ərəbistanının Kütləvi İnformasiya Vasitələri sərhəd bölgələrində yəmənli qüvvələr tərəfindən 12 hərbçinin öldürüldüyü və ya yaralandığını bildiriblər.