Sionist hərbçilər Nablosa hücum ediblər
Sionist rejim hərbçilərinin İordan çayının şimalında yerləşən Nablosda qədim şəhərciyə hücumunda beş fələstinli gənc yaralanıb, bir nəfər saxlanılıb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Qüdsü işğal etmiş rejim hərbçiləri ötən gecə Nablosda qədim şəhərciyə hücum ediblər. Fələstinli gənclər Rəs əl-Eyn, Qeysariyyə və əl-Qəryun məhəllələrində təxminən iki saat sionistlərlə toqquşub və bu bölgələrdə partlayış səsləri eşidilib.
Şahidlər deyiblər ki, sionist hərbçilər bu hücumda döyüş güllələri, gözyaşardıcı qaz və səs bombalarından istifadə edib, Cəbəl Cərzim, sonra isə Həvarə bazasına doğru geri çəkiliblər. Fələstinlilər arasında qorxu yaratmaq, onları həbs etməkdə məqsəd intifazəni davam etdirmək və sionist işğalçılarla qarşılaşmaqdan çəkindirməkdir.