Sionist işğalçılar Ramullahda əl-Aləm televiziyasının xəbər qrupuna hücum edib
Fev 16, 2018 17:18 Asia/Baku
Sionist işğalçılar İordan çayının qərb sahilində yerləşən Ramullahın şimalında Qərbi Məzrəə kəndində İran İslam Respublikasının əl-Aləm televiziyasının xəbər qrupuna hücum ediblər.
Əl-Aləm televiziyasının məlumatına görə, sionist işğalçılar bu hücumda xəbər qrupuna qarşı qaz bombalarından istifadə ediblər.
Sionist işğalçıların hücumunda əl-Aləmin müxbiri Səmah əl-Kəhlə və Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa əl-Bərqusi yaralanıb.
Hadisə ABŞ prezidentinin Qüds əleyhinə qərarından sonra 11-ci Qəzəb Cüməsi aksiyası zamanı baş verib.
Teqlər