Sionistlər bir daha Əl-Əqsa məscidinə hörmətsizlik ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296391-sionistlər_bir_daha_Əl_Əqsa_məscidinə_hörmətsizlik_ediblər
İsrail rejimi Əl-Əqsa məscidinin kənarında bir yəhudi turizm kompleksinin inşa əməliyyatına başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2018 14:05 Asia/Baku
  • Sionistlər bir daha Əl-Əqsa məscidinə hörmətsizlik ediblər

İsrail rejimi Əl-Əqsa məscidinin kənarında bir yəhudi turizm kompleksinin inşa əməliyyatına başlayıb.

Əl-Minar informasiya agentliyinin verdiyi məlumata görə, bu kompleksin tikinti-quraşdırma əməliyyatına İsrail başçıları və bəsi sionist qəsəbə sakinlərinin birgə qərarı əsasında Əl-Əqsa məscidnin qərb divarı olan "Bəraq Divarı"nın kənarında, Əl-Əqsa məscidinin təqribən 100 metrliyində start verilib. 

Əl-Əqsa məscidinin müdiri Şeyx Ömər Kəsvani sionistlərin bu cinayətinə işarə edərək, deyib: Bu kimi hərəkətlər bütün beynəlxalq qanun və qaydalara ziddir və tarixi əsərlərə, xüsusilə Əl-Əqsa məscidinə qarşı hörmətsizlik sayılır. 

Bir başqa məlumata görə, sionist rejim hərbçiləri dünən axşam və bu gün səhər Qərb Sahilində yerləşən kənd və qəsəbələrə hücum edərək, 20 fələstinlini həbs ediblər.