Fev 23, 2018 11:01 Asia/Baku
  • Afrikalı mühacirlər işğal olunmuş Fələstində aksiya keçiriblər
    Afrikalı mühacirlər işğal olunmuş Fələstində aksiya keçiriblər

Sionist rejimin afrikalı mühacirlərin işğal olunmuş Fələstindən çıxarılmaları üzrə hərəkətinin ardınca yüzlərlə mühacir bir qrup afrikalı mühacirin Təl-Əvivdə zindana salınmasına etiraz olaraq, aksiya keçirib.

Sionist rejimin baş naziri Benyamin Netanyahu 2017-ci ilin sentyabrında Təl-Əvivin cənubunda bildirdi ki, bu məntəqəni afrikalı mühacirlərin əlindən alaraq, bir daha yəhudilərə qaytaracaqdır.

Afrikalı mühacirlərin dünən bu mühacirlərdən bir qrupunun həbs olunmasına etiraz olaraq keçirdikləri aksiya yeni qalmaqallı mühacirət siyasətinin icra olunmasından sonra ilk dəfə olaraq işğal olunmuş Fələstində keçirilibdir.

Əksər hissəsi Eritreyadan və Sudandan olan on minlərlə afrikalı son illərdə Fələstinin Misirlə səhra sərhədləri vasitəsilə işğal olunmuş Fələstinə daxil olubdur.

Sionist rejim afrikalı mühacirləri casus adlandırıb və təhdid edərək bildiribdir ki, əgər onlar qarşıdakı mart ayının sonunadək işğal olunmuş ərazilərdən çıxmazlarsa, həbs olunacaqlar.

Sionist rejmin mühacirləri öz ölkələrinə qaytarmaq üzrə son hərəkəti işğal olunmuş Fələstinin daxili və xaricindəki insan haqları qruplarının tənqidlərinə bais olubdur.

Teqlər