Fev 23, 2018 18:12 Asia/Baku
  • Terrorçular
    Terrorçular "Şərqi Vahə"də mülkilərdən bir vasitə kimi istifadə edirlər

Suriyanın "Şərqi Vahə" məntəqəsindəki silahlı terrorçular bu ölkədəki mülkilərdən insan sipərləri kimi istifadə edirlər.

Suriyanın Ələxbariyyə telekanalı qərblilərin terrorçuların hərəkətləri qarşısında susmalarına toxunaraq, bildirib: Təkfirçilərin Dəməşq yaxınlığında yerləşən "Şərqi Vahə"dəki terrorizminin həddi-hüdudu yoxdur və onlar bütün qruplar-la və müxtəlif adlar altında öz küdurət zəhərlərini paytaxt Dəməşqə mərmilər atmaq, evlər, məktəblər və bütün həyat nişanələrini hədəfə almaqla tökməyə çalışırlar.

Terrorçular "Şərqi Vahə"də qərblilərin onların cinayətləri qarşısındakı sükutu arasında mülkilərdən insan sipərləri kimi istifadə edirlər. Onlar hətta terrorçuların Suriya dövlətinə qarşı yalanları üçün də təbliğatlar aparırlar.

Belə bir halda, "Şərqi Vahə"dəki sivillər məişət və səhiyyə durumunun ağırlaşmasından əziyyət çəkirlər, zira terrorçular humanitar və tibbi yardımların gəlib çatmasına mane olurlar. Bundan əlavə, onlar "Şərqi Vahə"də barışıq səylərini əngəlləməyə çalışır və bir çox hallarda Suriyanın Qırmızı Aypara Təşkilatının avtomobillərinə basqınlar edirlər.

Terrorçuların Dəməşqə və onun ətrafına qarşı mərmi hücumlarındakı cinayətləri onların digər cinayətlərindən, yəni "Şərqi Vahə"də yüzlərlə ailəni girov götürmələrindən əlavə cinayətlər sayılır.

Terrorçular Suriya dövlətinin barışıq üzrə yerli məsul şəxslərin həmkarlığı ilə "Vafidəyn" düşərgəsində təhlükəsiz keçidi açmasından sonra bir şəxsin "Şərqi Vahə"ni tərk etməsinə imkan vermədilər.

Eyni zamanda məlumatlara əsasən, terrorçuların tabeliyində olan ağpapaqlı şəxslər "Şərqi Vahə"də kimyəvi hücuma qarşı maskalar paylayıblar ki, yalançı bir film düzəltmiş və Suriya ərəb ordusunu kimyəvi silahlardan istifadədə ittiham etmiş olsunlar.

Yerli mənbələr deyiblər ki, silahlı terror qrupları qərbli kəşfiyyat təşkilatlarının himayəsilə, yalandan Suriya ordusunu sivillərə qarşı kimyəvi silahlardan istifadədə ittiham etməyə çalışırlar. Onlar bu işi iyunun on üçündən, yəni kimyəvi silahların qadağanı iclasından öncə görmək istəyirlər.

Teqlər