BAT Səudiyyə vəliəhdinin qanun pozuntularına dair xəbərdarlıq edib
Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, Səudiyyə rəhbərləri Məhəmməd Bin Salmanın vəliəhdliyi dövründə müxaliflərə qarşı hücumlar geniş vüsət alıb.
İRİB-in verdiyi məlumata görə, Əl-Məsələ internet portalı bildirib ki, BAT-ın ümumi və fərdi azadlıqlar üzrə məsul şəxsi Bin Salmanın müxaliflərə qarşı qanun pozuntularına toxunaraq deyib: Siyasi müxaliflər , insan haqları müdafiəçiləri və ərəbistanlı jurnalistlər susdurulmaq məqsədi ilə repressiyalara məruz qalırlar.
Katiya Ru Ərəbistan vəliəhdinin cari ildəki paris hesabatına toxunraq bildirib: Səudiyyə Ərəbistanında ictimai azadlıqlar və insan haqlarının kobud şəkildə pozulduğu bir şəraitdə vəliəhdin açıqlaması həqiqətləri ört-basdır edə bilməz. Səudiyyə Ərəbistanı vəliəhdi Parisdə verdiyi bəyanatda ölkəsində açıq siyasi atmosferin yaradılması və ölkənin modernləşdirilməsinə yardım üçün islahatların həyata keçirilməsini demişdi.