Fev 24, 2018 19:40 Asia/Baku
  • Şəhid Muğniyə və general Süleymani regionda müqavimətin baniləri
    Şəhid Muğniyə və general Süleymani regionda müqavimətin baniləri

İraq xalq səfərbər təşkilatının sədrəvəzi deyib: Şəhid İmad Muğniyə və general Qasım Süleymani region ölkələrində müqavimət qruplarının baniləridirlər.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, İraq xalq səfərbər təşkilatının sədrəvəzi bildirib ki, Şəhid İmad Muğniyə və general Qasım Süleymani regionun müxtəlif ölkələri o sıradan Livan, Fələstin və İraqda müqavimət qruplarının baniləridirlər.  Əbu Mehdi Əl-Mühəndis İmad Muğniyənin şəhadətinin 10-cu ildönümü mərasimində etdiyi çıxışında şəhid muğniyyənin İraqda müqavimət qruplarının banisi və 2003-cü ildən başlayaraq amerikalı işğalçılara qarşı fəaliyyət göstərən qrupların hamisi adlandırıb. 

Əl-mühəndis deyib: Şəhid İmad və hacı Qasim vasitəsi ilə Livan, Fələstin, İraq və regionun digər ərazilərində müqavimətin təməlləri qoyuldu. O deyib: İraqda şəhid İmad bir məktəbin banisi idi. O 2003-cü ildən öncə və sonra Bədr Təşkilatının ən yaxşı döyüşçüləri və komandanları o sıradan da şəhid Əbu Məhəmməd Əttəyyib ilə davamlı əlaqədə idi. 

Teqlər