Netanyahu Trampı ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimində iştiraka dəvət etdi
İsrailin baş naziri şənbə günü ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinin dəqiq tarixinin təyin edilməsini müsbət qarşılayaraq, ABŞ prezidenti Donald Trampı Qüdsdə Birləşmiş Ştatların yeni səfirliyinin açılış mərasimində iştiraka dəvət edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nort cümə günü 14 may 2018-ci il tarixini ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyi gün olaraq elan edib.
14 may İsrail rejiminin təsis edilməsinin 70-ci ildönümü gününə təsadüf edir. Fələstinlilər 14 mayı "səfalət" günü olaraq qeyd edirlər.
14 may 1948-ci ildə sionistlər uzun illər davam edən fitnə planı əsasında və Britaniya hökumətinin dəstəyi ilə işğal etdiyi Fələstin ərazilərində öz varlığını rəsmən elan etdi.
ABŞ prezidenti Donald Trampı 6 dekabr 2017-ci il tarixində dünya səviyyəsində etirazlar və tənqidlərə baxmayaraq, Qüdsü rəsmən İsrailin paytaxtı tanıdığını elan edərək, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verdi.
BMT-nin Baş Assambleyası isə 21 dekabr 2017-ci ildə təşkil etdiyi iclasda bir qətnamə qəbul edərək, Qüdsün İsrail rejiminin paytaxtı olaraq tanınmasına qarşı çıxdı. Bu qətnamə 128 lehinə, 9 əleyhinə və 35 bitərəf səs ilə qəbul edildi.