Fev 26, 2018 16:23 Asia/Baku
  • Ərəbistan Yəmən sərhədində öz hərbçilərinin öldürüldüyünü etiraf edib
    Ərəbistan Yəmən sərhədində öz hərbçilərinin öldürüldüyünü etiraf edib

Ərəbistan mediaları bu ölkə sərhədi boyunca Yəmənin ordusu və xalq komitələri qüvvələrilə döyüş gedişində Ərəbistan hərbçilərindən yeddi nəfərin öldürüldüyünü etiraf ediblər.

Ərəbistan mediaları bu səud hərbçilərinin öldürülmələri xəbərini onların adları və rütbəlrini qeyd edərək, bildiriblər.

Yəmənli qüvvələr dünən gecə səud hərbçilərinin Ərəbistanın cənub-qərbində yerləşən Nəcran şəhərinin "Rəqabət əl-Sədis" məntəqəsindəki bazalarına hücum edərək, bir qrup səud hərbçisini öldürüb və ya yaralayıblar.

Bir yəmənli hərbi mənbə isə deyib: Yəmənin ordusu və xalq komitələri qüvvələrinin Nəcrandakı "əl-Məxruq əl-Səğir" hərbi bazasına qarşı hücumunda bir qrup səud hərbçisi öldürülüb, digər bir qrup səud hərbçisi də yaralanıbdır.

Yəmənli qüvvələr həmçinin katyuşa ilə səud ordusunun Ərəbistanın cənubundakı Cizan şəhərinin əl-Arizə məntəqəsində yerləşən əl-Məxil hərbi bazasını hədəfə alaraq, səudların bir ədəd hərbi avtomobilini də məhv ediblər.

Ərəbistan ABŞ-ın dəstəyilə 2015-ci ildə Yəmənə hücum etdi və sonra bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Ərəbistanın Yəməndəki militarizmi indiyədək on minlərlə nəfərin həyatını itirməsi və yaralanması, eləcə də milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Yəmənli qüvvələr də təcavüzkarların hücumlarına cavab olaraq, Ali-Səud rejiminin və onun muzdurlarının Yəməndə və Ərəbistanın daxilndəki mövqeləri və bazalarını hədəfə alırlar.

Teqlər