İraqın xarici işlər nazirinin müavini Suriyanın xarici işlər naziri ilə məşvərət edib
-
İraqın xarici işlər nazirinin müavini Suriyanın xarici işlər naziri ilə məşvərət edib
Suriyanın xarici işlər naziri və İraqın xarici işlər nazirinin müavini görüşərək, məşvərət ediblər.
Suriyanın xarici işlər naziri Vəlid Əlmuəllim bu gün Dəməşqdə İraqın xarici işlər nazirinin müavini Nəzar Xeyrulla ilə görüşdə iki ölkə arasında müşavirə, koordinasiya və əlaqələrin möhkəmləndirilməsinin önəmini vurğulayıb.
Bu görüşdə həmkarlıqların xüsusən təhlükəsizlik sahəsində inkişaf etdirilməsi, İraq və Suriyanın ən mühüm problemi sayılan, iqtisadi inkişafı əngəlləyən və iki ölkənin birliyi və sabitliyini təhdid edən terror qrupları ilə mübarizənin genişləndirilməsi vacibliyi vurğulanıb.
Suriyanın xarici işlər naziri və İraqın xarici işlər naziri müavininin görüşündə həmçinin siyasi müşavirələr sahəsində anlaşma sənədi imzalanıbdır.
Bundan öncə İraqın xarici işlər nazirinin müavini Nəzar Xeyrulla və onu müşayiət edən heyət Suriyanın xarici işlər nazirinin müavini Feysəl əl-Miqdad ilə görüşüb.
Suriyanın xarici işlər nazirinin müavini deyib ki, İraq xalqının üzləşdiyi terrorizm məhz Suriya xalqını hədəfə almış terrorizmdir.