Danimarka Bəhreyndəki durumdan nigarandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297147-danimarka_bəhreyndəki_durumdan_nigarandır
Danimarkanın xarici işlər naziri dünən gecə Cenevrədə BMT insan haqları şurasının iclasında deyib: Kopenhagen Bəhreyndə həbslərin və insan haqları sahəsində gərgin durumun davam etməsindən nigarandır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2018 05:39 Asia/Baku
  • Danimarka Bəhreyndəki durumdan nigarandır

Danimarkanın xarici işlər naziri dünən gecə Cenevrədə BMT insan haqları şurasının iclasında deyib: Kopenhagen Bəhreyndə həbslərin və insan haqları sahəsində gərgin durumun davam etməsindən nigarandır.

İRNA-nın verdiyi məlumata görə,  Anders Samuelsen Ali-Xəlifə rejiminin rəsmilərini Danimarka-Bəhreyn vətəndaşlığına malik olan Əbdül-Hadi Əl-Xacəni azadlığa buraxmağa çağırıb. 

Əbdül-Hadi hüquq müdafiəçisi olaraq 2011-ci ildən bəri həbsdə saxlanılır. 

Ali-Xəlifə rejimi 2011-ci ildə Əbdül-Hadiyə qarşı ömürlük həbs cəzası vermişdir. 

Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.