Mart 01, 2018 15:49 Asia/Baku
  • Livan Hizbullahı Suriyada savaş mövzusunda yeni video oyunu hazırlayıb
    Livan Hizbullahı Suriyada savaş mövzusunda yeni video oyunu hazırlayıb

Livan Hizbullahı çərşənbə günü Beyrutda keçirilən bir mərasimdə özünün ən son savaş video oyununun təqdimatını keçirib. "Müqəddəs Müdafiə: Vətəni və müqəddəs torpaqları müdafiə" adlanan bu oyun Hizbullahın elektron informasiyalar bölməsində hazırlanıb.

İRİB-nin verdiyi məlumata görə, bu kompüter oyununun qəhrəmanı, oyun səhifəsində Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın fotoşəklinə malikdir. Oyunun qəhrəmanı Suriyada gedən müxtəlif döyüşlərdə iştirak edir. Onlardan biri müxtəlif məkanlarda o cümlədən Livan-Suriya sərhədlərində İŞİD terrorçuları ilə mübarizədir.

Bu video oyunun hazırlanmasında iştirak edən Həsən Əlam deyir: Bu oyun Hizbullahın Suriyada əldə etdiyi təcrübələri əks etdirir və bu oyundan istifadə edənlər oyun vasitəsilə Suriyada nələrin baş verdiyi ilə tanış olurlar, Hizbullahın nə kimi fədakarlıqlara getdiyini görürlər.

Hizbullahın güclənməsi və bu təşkilatın yeni strategiyası sionistlərin narahatlığına səbəb olub.

Teqlər