Mart 02, 2018 13:54 Asia/Baku
  • Ali-Səud rejimi Livan Hizbullahının qüdrətindən nigarandır
    Ali-Səud rejimi Livan Hizbullahının qüdrətindən nigarandır

Səudiyyə Ərəbistanının siyasi və strateji araşdırmalar mərkəzinin direktoru etiraf edib ki, Səudiyyə Ərəbistanı Livanda gələcək seçkilərin Hizbullah Hərəkatının xeyrinə başa çatmasından nigarandır.

Əl-Kövsər televiziyasının Rəy əl-Youm qəzetinə istinadla verdiyi məlumata görə, Ənvər Eşqi Livanın gələcək seçkilərini Livan baş naziri Səd əl-Həririnin Ərəbistan kralı Salman Bin Əbdüləzizlə danışıqlarının ən önəmli mövzusu adlandırıb.

Livan baş naziri Səd əl-Həriri 28 fevralda Səudiyyə Ərəbistanına səfərdə kral Salman Bin Əbdüləzizlə görüşərək 6 mayda keçiriləcək Livan parlament seçkiləri haqda danışıqlar aparıb.

Səudiyyə Ərəbistanı rejimi Livanla münasibətləri yaxşılaşdırmaq və bu ölkənin gələcək parlament seçkilərində nüfuz etmək məqsədilə yeni diplomatiyanı gündəminə salıb.

Livanın hazırkı parlamenti 2009-cu il seçkilərindən bəri müxtəlif təhlükəsizlik və texniki səbəblərə görə müddətini üç dəfə uzadıb.

Teqlər