Mart 02, 2018 17:59 Asia/Baku
  • Amerikalıların Suriyaya hücumlarında beş nəfər həlak olub və yaralanıb
    Amerikalıların Suriyaya hücumlarında beş nəfər həlak olub və yaralanıb

ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Koalisiya" qırıcılarının Suriyanın Həsəkə vilayətinin ətrafını bombalaması nəticəsində beş nəfər həlak olub və yaralanıb.

Mehr İnformasiya Agentliyinin SANA-ya istinadla verdiyi məlumata görə, ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Koalisiya" qırıcıları Suriya və İraq sərhədləri yaxınlığında əl-Səfavi kəndi və Suriyanın şimal-şərqində Həsəkənin ətrafını bombalayıblar. 

Bu hücumlar nəticəsində üç suriyalı sivil həlak olub, iki nəfər də ağır yaralanıb. 

Ötən çərşənbə axşamı gecə də ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcılarının Suriyanın Deyruz-Zur vilayətinin cənub-şərqində suriyalı didərginlərin toplaşdığı məkanı bombalaması nəticəsində 30 nəfər həlak olub, bir qrup da yaralanıb. 

Ötən günlərdə ABŞ koalisiyasının hava hücumlarında Deyruz-Zurda 50-yə yaxın sivil həlak olmuşdur. 

Teqlər