Hiddət günündə yüzdən çox fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297453-hiddət_günündə_yüzdən_çox_fələstinli_yaralanıb
Fələstinlilərin işğal olunmuş qərb sahilində və Qəzzə zolağında keçirdikləri Amerikaya və sionist rejimə qarşı aksiyalarında sionist qüvvələr fələstinli aksiyaçılarla kobud şəkildə toqquşublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2018 10:59 Asia/Baku
  • Hiddət günündə yüzdən çox fələstinli yaralanıb
    Hiddət günündə yüzdən çox fələstinli yaralanıb

Fələstinlilərin işğal olunmuş qərb sahilində və Qəzzə zolağında keçirdikləri Amerikaya və sionist rejimə qarşı aksiyalarında sionist qüvvələr fələstinli aksiyaçılarla kobud şəkildə toqquşublar.

Dünən qərb sahilində baş vermiş toqquşmalarda 87, Qəzzə zolağındakı toqquşmalarda isə on beş fələstinli yaralanıb. Sionist qüvvələr müxtəlif məntəqələrdə fələstinli aksiyaçılara qarşı hərbi və rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər. Aksiyaçılar ABŞ-ın işğal olunmuş Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq və Amerika səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək barədəki qərarına qarşı hiddət ifadə ediblər. ABŞ prezidenti Donald Trampın bu qərarı elan etdiyi ötən milad ili dekabrın altısından bəri sionist qüvvələrlə müxtəlif toqquşmalarda 28 fələstinli öldürülübdür.