Mart 08, 2018 15:01 Asia/Baku
  • Suriyaya hərbi hücum onun amillərini böyük xərcə salacaqdır
    Suriyaya hərbi hücum onun amillərini böyük xərcə salacaqdır

Suriya prezidentinin müşaviri: Terrorizmi məğlub etmiş güclü bir koalisiya kimi, Suriyaya hərbi hücumun mümkünsüzlüyünü bildiririk, çünki bu hərəkət onun amillərini böyük xərcə salmış olacaqdır.

Suriya prezidentinin müşaviri Bəsinə Şəban Əlməyadin telekanalı ilə müsahibədə deyib: Qərb ölkələri Suriyaya qarşı media qorxusu salmaq niyyətindədirlər. Sionist rejim, Amerika və Qərb ölkələri Suriya dövlətinin vahədə terrorçulara qarşı hücumlarının qarşısını almaq üçün meydana giriblər.

O, əlavə edib: Qərbin media hay-küyü salmaqda əsas məqsədi, Suriyada qələbənin reallaşmasının qarşısını almaqdır. "Şərqi Vahə" Suriya xalqından milyonlarla nəfərin və paytaxtın himayəsi, eləcə də terrorizmə qarşı döyüşdə təyinedici bir nöqtədir. Biz qərblilər tərəfindən terrorçuların Dəməşqə qarşı raket və mərmi hücumları və mülkilərin öldürülməsi barədə bir kəlmə də olsun belə eşitmədik. Bizim Suriyanın bütün ərazisinin azad edilməsi üzrə terrorizmə qarşı döyüşümüz davam edir, əlbəttə ki, vahə döyüşü təyinedicidir.

Bəsinə Şəban əlavə edib: "Media qorxusu salma", Suriyanı qorxutmur və əldə olunmuş qələbələrin əhəmiyyəti inkaredilməzdir. Suriyada əldə olunmuş qələbələr regionun siyasi xəritəsini yenidən cızdı və bu, qərblilərin "media qorxusu salmaları"nın dəlillərindən biridir. Qərbin "kimyəvi silahlar" və ya "humanitar iş" adı altındakı hərəkətləri onların Suriya ordusunun naliyyətləri üzündən başlarını itirmələrinin nişanəsidir. Biz terrorizmi məğlub etmiş bir koalisiya kimi güclü və qüdrətliyik. Suriyaya hərbi hücum mümkünsüzdür, zira onun amilləri üçün çoxxərcli və təhlükəli olacaqdır.

Teqlər