Qətər xi naziri: Ərəbistan fitnə ilə regionun sabitliyini pozmaq ardıncadır
-
Qətər xi naziri: Ərəbistan fitnə ilə regionun sabitliyini pozmaq ardıncadır
Qətərin xarici işlər naziri deyib ki, Ərəbistan vəliəhdinin Fars Körfəzi ölkələrinin böhranı barədəki son sözləri səud başçılarının bu məsələdən nigaran olmalarından xəbər verir.
Ərəbistan vəliəhdi Muhəmməd bin Salman Qahirədə Qətərin mühasirəsini önəmsiz bir məsələ adlandırıb və belə deyib: Qətərin əhalisi Misirin bir küçəsinin əhalisinin sayına belə çatmır və Qətər işini xarici işlər nazirliyinin on ikinci dərəcəli bir rəsmisi araşdırır.
Qətərin xarici işlər naziri Muhəmməd bin Əbdurrəhman Ali-Sani bu gün Brüsseldə Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın sözlərindən təəccüb ifadə edərək, vurğulayıb: Ölkələr öz sahələri ilə ölçülmürlər, zira ola bilsin, Qətər kiçik bir ölkə olmuş olsun, amma öz ölkəsinin vətəndaşlarına diqqət yetirən böyük ürəkli mütəfəkkirlərə malikdir.
Qətərin xarici işlər naziri əlavə edib: Elə böyük ölkələr də vardır ki, ürəkləri və zehinləri kiçikdir və regionda sabitliyi pozmaq və fitnəkarlıqla məşğuldurlar.
Ərəbistan, BƏƏ, Bəhreyn və Misir 2017-ci il iyunun beşində Qətəri terrorizmə dəstək verməkdə ittiham edib, bu ölkəyə qarşı geniş sanksiyalar tətbiq etməklə həmin ölkə ilə öz əlaqələrini kəsdilər.