Şeyx Nəim Qasim: Hizbullah modern Livanın sütunudur
Mart 10, 2018 22:34 Asia/Baku
Livan Hizbullahının baş katibinin müavini Amerikanın bu ölkədəki mənfi roluna toxunaraq deyib: Bu hərəkat sionist rejim ilə qarşılaşmaq üçün öz hazırlığını qoruyub-saxlayır.
Əl-Əhd xəbər portalının verdiyi məlumata görə, Livan Hizbullahının baş katibinin müavini şeyx Nəim Qasim Həzrət Fatimeyi Zəhranın(s) mövludu günü münasibəti ilə keçirilən tədbirdə etdiyi çıxışında deyib: Amerika Beyrutu İsrail siyasətlərinə təslim etməyə cəhd göstərir.
şeyx Nəim Hizbullahın Livanda " ordu, xalq və müqavimət" balansını təsbit etdiyini vurğulayaraq deyib: Bu hərəkat işğalçılıq ilə qarşılaşır və Livan xalqının nümayəndəsi olmaq üçün parlament seçkilərində iştirak edəcək.