Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyası
Mart 11, 2018 12:25 Asia/Baku
Şənbə günü Bəhreyndə xalq küçələrə axışaraq, Ali-Xəlifə rejiminin inqilabçılara qarşı repressiyalarını qınayıb.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, "Manamanın Səsi" internet portalı bildirib: Bəhreynin Əd-Diyə məntəqəsinin sakinləri bu ölkənin tanınmış şiə ruhanisi Şeyx İsa Qasım ilə öz həmrəyliklərini elan edərək, ona qarşı məhdudiyyətlərin ləğv edilməsi və ev dustaqlığına son qoyulmasını istəyiblər.
Ali-Xəlifə rejimi Şeyx İsa Qasımın vətəndaşlığını ləğv edib və 2016-cı ilin iyun ayından yaşadığı Əd-Diraz məntəqəsində mühasirədə saxlayır.
Ali-Xəlifə rejimi əsassız ittihamlar ilə müxaliflərinə qarşı repressiyaları davam etdirir.