Əfqanıstanın təhlükəsizlik qüvvələri 171 terrorçunu zərərsizləşdiriblər
Mart 11, 2018 18:03 Asia/Baku
-
Əfqanıstanın təhlükəsizlik qüvvələri 171 terrorçunu zərərsizləşdiriblər
Əfqanıstanın təhlükəsizlik qüvvələri ötən 24 saat ərzində ölkənin müxtəlif məntəqələrində 171 terrorçunu öldürərək, zərərsizləşdiriblər.
İRİB-nin Kabildən verdiyi məlumata görə, Əfqanıstanın Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün bir bəyanat yayaraq, bildirib: Bu terrorçuların 70-i Qəndəhar, 43-ü Təxar, 42-si Fərah, 10-u Helmənd və 6-sı Nəngərhar vilayətində öldürülüb.
Bu bəyanatda həmçinin bildirilir: Təhlükəsizlik qüvvələri Loğman, Kəpisa, Qəzney, Pəktiya, Qəndəhar, Zabul, Ərzəgan, Fərah, Bəğəlan, Faryab, Qunduz və Helmənd vilayətlərində anti-terror əməliyyatı həyata keçiriblər. Bu əməliyyatlar zamanı 126 terrorçu da yaralanıb.