Türkiyə ordusu Suriyanın şimalında daha 5 məntəqəyə nəzarəti ələ keçirib
Mart 11, 2018 15:22 Asia/Baku
-
Türkiyə ordusu Suriyanın şimalında daha 5 məntəqəyə nəzarəti ələ keçirib
Türkiyə ordusu "Zeybun Budağı" əməliyyatı çərçivəsində Suriyanın şimalında yerləşən Afrin şəhərində daha 5 məntəqəyə nəzarəti ələ keçirib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Afrinin şimal-şərqində Şoran qəsəbəsində yerləşən Qaratəpə və Qəstal Kəcək kəndləri, Afrinin mərkəzində yerləşən Xalidiyə və Cəbul məntəqələri habelə, Kənəkəvər kəndi Türkiyə hərbçilərinin nəzarəti altına keçib.
Türkiyə ordusu indiyə kimi "Zeytun Budağı" əməliyyatı çərçivəsində Suriyanın şiamlında, Afrin şəhərinin tabeliyində olan 176 məntəqəyə nəzarəti ələ keçirib.
Türkiyə ordusunun Afrin şəhərinin qapılarına yaxınlaşması ilə YPG və PYD yaraqlılarının müqaviməti daha da artıb.
Teqlər