Bəhreyn kralının Qətərdəki təxribatçılıq hərəkətlərində əli olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i298355-bəhreyn_kralının_qətərdəki_təxribatçılıq_hərəkətlərində_əli_olub
Bəhreynin hazırkı kralı Həməd bin İsa Ali-Xəlifə vəliəhd olduğu zaman Qətərdəki təxribatçılıq hərəkətlərində rol oynayıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2018 08:32 Asia/Baku
  • Bəhreyn kralının Qətərdəki təxribatçılıq hərəkətlərində əli olub
    Bəhreyn kralının Qətərdəki təxribatçılıq hərəkətlərində əli olub

Bəhreynin hazırkı kralı Həməd bin İsa Ali-Xəlifə vəliəhd olduğu zaman Qətərdəki təxribatçılıq hərəkətlərində rol oynayıbdır.

"Gizli qalanlar çoxdur" proqramı çərçivəsində "Qətər barədə təhqiqat-96"nın ikinci hissəsini yayan ərəbcə yayımlanan Əlcəzirə telekanalı Bəhreynin hazırkı kralı Həməd bin İsa Ali-Xəlifənin Qətərdə təxribatçılıq əməliyyatlarının icrası üçün verdiyi maliyyə himayələrindən xəbər verib.

Bu addımlar 1996-cı ildə Qətərin hökumət quruluşuna qarşı çevriliş cəhdinin uğursuz qalmasından sonra atılıbdır. O zaman Bəhreynin ingiki kralı vəliəhd idi və onun dəstək verdiyi təxribatçılıq əməliyyatlarından biri, 1996-cı ilin oktyabrında, "viza verilən binada partlayışa cəhd" olubdur. O zaman Qətərin məsul şəxsləri həmin binada bir bomba aşkar etmişdilər.

"Qətər barədə təhqiqat-96" Qətərdəki bəzi təxribatçılıq əməliyyatları barədə yeni detalları üzə çıxarıb və çevrilişin başçıları bu məsələləri etiraf ediblər. Bundan əlavə, Qətərdə çevrilişə dəstək vermiş ölkələr təxribatçılara rəsmi vizalar təqdim etməklə onlar üçün siyasi çətir yaratmışdılar.