Mart 16, 2018 19:21 Asia/Baku
  • Suriya ordusunun yeni uğuru
    Suriya ordusunun yeni uğuru

Suriya ordusu Dəməşqin "Şərqi Vahə" məntəqəsindəki irəliləyişlərinin davamında bu gün bu strateji məntəqədə yerləşən Əlreyhan qəsəbəsini öz nəzarətinə alıbdır.

Yerli mənbələr bildiriblər ki, Suriyanın ordusu və silahlı qüvvələri "Şərqi Vahə"nin müxtəlif məntəqələrində irəliləməkdə davam edirlər.

Suriya ordusu "Şərqi Vahə"də terrorçularla on altı gün döyüşdən sonra terrorçuların işğalı altında olan məntəqələrin yetmiş faizindən çoxunu azad edibdir.

Suriya ordusunun bölmələri bu müddətdə terrorçuların mövqelərinə hücum edərək, Səqba, Məsraba, Həmuriyyə, Huş Ələşəri, Huş Qəbibat, Əlmuhəmmədiyyə, Huş Əlsalihiyyə, Huş Xərabu, Əlnəşabiyyə, Məzari Ələb və Beyt Naim məntəqələrini "Şərqi Vahə"də terrorçuların işğalından azad ediblər.
Suriya ordusu bu qələbələrlə "Şərqi Vahə"ni üç hissəyə bölübdür və bu məsələ "Şərqi Vahə"nin müxtəlif məntəqələrində terrorçuların daha artıq mühasirəyə düşmələrinə səbəb olubdur.

"Şərqi Vahə"də yerləşən terror qrupları daim Dəməşqin əksər yaşayış massivlərini raket və mərmi hədəfinə alıblar. Nəticədə bir qrup əhali həyatını itirib və ya yaralanıbdır.

Teqlər