Mart 16, 2018 21:27 Asia/Baku
  • Ərəb həkimlər birliyi Yəmən faciəsi barədə xəbərdarlıq edib
    Ərəb həkimlər birliyi Yəmən faciəsi barədə xəbərdarlıq edib

Ərəb həkimlər birliyi xəbərdarlıq edib ki, Yəməni və bu ölkə xalqını faciəlıi bir yay gözləyir.

Ərəb həkimlər birliyinin baş katib müavini Əbd Əlqəvi Əlşəmiri dünən deyib ki, Yəməndəki sanitariya durumu hər gün daha da pisləşir və ağırlaşır və bu ölkə xalqının təcili yardımlara ehtiyacı vardır.

Ərəb həkimlər birliyinin baş katib müavini bu birliyin Yəmən xalqına yardımları haqda belə deyib: Ərəb həkimlər birliyi indiyədək Yəmən xalqı ilə bağlı beş yardım layihəsi icra edib. Bu layihələrin birincisi, 2008-ci ildə həyata keçirilib və onun ən yenisi ötən il icra olunubdur. Vəba ilə mübarizə layihəsi olan bu layihənin icrası iki aydan çox sürübdür.

Teqlər