Ümumdünya Səhiyyə Təşkilatı Yəmən barədə xəbərdarlıq etdi
-
Ümumdünya Səhiyyə Təşkilatı Yəmən barədə xəbərdarlıq etdi
Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə difteriya xəstəliyinin yayılmasına dair xəbərdarlıq edərək bu ölkədə 70 nəfərdən çox adamın bu xəstəlik üzündən öldüyünü bildirib.
İRİB-in verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilaıtnın rəsmilərindən olan Cenni Musto dünən bir açıqlamada difteriya xəstəliyinin ötən milad ilinin axırlarından Yəməndə yayılmağa başladığını bildirərək deyib: Bu gün Yəməndə Difteriyaya yoluxan min 300 xəstə var və onlardan 70-i həyatını itirib.
Difteriya, korine bakterium adlı mikroorqanizmin boğaz, burun, göz və dəridə olan məsamələrə düşməsi nəticəsində yaranan yoluxucu xəstəlikdir.
Ceni Musto Yəməndə müxtəlif növlü xəstəliklərin epidemiyasının səbəbini müharibənin davam etməsi adlandıraraq deyib: Yəmən bəşər tarixinin ən genişmiqyaslı insani böhranının baş verməsi ərəfəsindədir.
Səudiyyə Ərəbistanı Amerikanın dəstəyi ilə 2015-ci il 26 martda Yəmənə hücum etdi və sonra bu ölkəni quru, hava və dənizdən mühasirəyə aldı.