Yəmənli qüvvələrin səud təcavüzkarları qarşısındakı uğuru
-
Yəmənli qüvvələrin səud təcavüzkarları qarşısındakı uğuru
Yəmənin Ərəbistanla sərhədində döyüşlərin genişlənməsilə, Yəmənin ordu və xalq komitələri qüvvələri bu ölkədə savaşın başlandığı üç ildə ilk dəfə olaraq, Ərəbistanın cənubundakı Nəcran şəhərində iki hərbi bazaya hücum ediblər.
Yəmənli hərbi məsul şəxs deyib: Yəmənin ordu və xalq komitələri qüvvələri Nəcranda "Rəqabət Əlhəlq" və "Əlhəmad" bazalarına hücum edərək, Ərəbistan ordusunun ünsürlərindən bir neçə nəfəri öldürüb və yaralayıblar.
Yəmənli hərbçilər bu əməliyyatda silah və sursat anbarını yandırıb və bu bazalarda mövcud olan müəyyən miqdarda silahı öz nəzarətləri altına alıblar.
Yəmənin ordu və xalq komitələri qüvvələri ötən cümə günü də səudların Ərəbistanın Cazan məntəqəsindəki Əlnəsur yüksəklikləri və Əfrə bazasındakı hərbi mövqelərinə hücum etmişdilər.