Suriya Türkiyə ordusunun Afrindən çıxmasını istəyib
Mart 20, 2018 10:02 Asia/Baku
Suriyanın Xarici İşlər Nazirliyi BMT-nin baş katibinə və bu təşkilatın Təhlükəsizlik Şurasının dövri sədrinə məktublar göndərərək, Afrin şəhərinin Türkiyə ordusu tərəfindən işğal olunmasını pisləyib və qəsbkar qüvvələrin tez bir zamanda Suriya ərazisindən çıxmalarını tələb edib.
Türkiyə ordusu "azad Suriya ordusu" adlı qrupun həmkarlığı ilə 2018-ci ilin iyirmi yanvarında Afrində terrorizmlə mübarizə kimi elan olunmuş hədəflə Suriyanın şimalına qarşı hərbi hücumlara başlayıb.
Türkiyə habelə Afrin əməliyyatında məqsədi, YPG, PYD və PKK qüvvələrinin məhv edilməsi adlandırıb.
Suriya dövləti dəfələrlə Türkiyənin onun ərazisindəki hərbi əməliyyatını işğalçılıq hərəkəti və öz suverenliyinin pozulması adlandıraraq, onu pisləyibdir.