Mart 20, 2018 17:58 Asia/Baku
  • Yəməndən işğal olunmuş Fələstinə 400 yəhudi köçürülüb

Sionist rejim fevral ayında bir qrup yəhudini işğal olunmuş Fələstinə köçürübdür.

Məlumatlı mənbələr dünən bildiriblər ki, sionistlər fevral ayında 400 yəhudini işğal olunmuş Fələstinə köçürüblər.

Bu məlumata görə, sionist rejim ərəb ölkələrindən birinin kəşfiyyat xidmətinin iştirakı ilə bu tədbiri həyata keçiribdir.

Bundan öncə də Livanın Ələxbar qəzeti sionist qəzetlərə istinadla Yəmən yəhudilərindən bir qrupunun gizli şəkildə işğal olunmuş Fələstinə mühacirət etməsindən xəbər vermişdi.

Bu məlumata görə, Ərəbistan bu əməliyyatı asanlaşdıran ən mühüm ölkələrdən biri olub və Yəmən yəhudiləri Ərəbistan ərazisindən keçiblər ki, bu məsələ Ərriyadın Təl-Əvivlə yaxın həmkarlığını ifşa edibdir.

Teqlər